İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha qurumun tədbirlərinin mütəmadi olaraq Azərbaycanda keçirilməsinə və ölkəmizin maliyyə dəstəyinə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirib.
“İNFONEWS” xəbər verir ki, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Baş katib Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsi, eyni zamanda, Qarabağda aparılan bərpa-quruculuq işləri ilə əlaqədar təbriklərini çatdırıb.
Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinin dəstəklənməsini, Azərbaycanın könüllü maliyyə ianələrini çox yüksək qiymətləndirib, bunun təşkilat üçün vacib olduğunu qeyd edib.