Xankəndidə “AzS­ta­te­Net” şəbəkəsinin qurulmasına hazırlıq gedir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xankəndi şəhərində “AzStateNet” şə­bə­kə­si­nin qu­rulma­sına ha­zır­lıq görür.

“İNFONEWS” xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri İlqar Musayev Milli Məclisin jurnalına verdiyi müsahibədə bildirib.

“Bu il sent­yabrın 19-20-də Qa­ra­bağ­dakı se­pa­rat­çı re­ji­mə qar­şı ke­çirilmiş an­ti­ter­ror əmə­liy­yat­la­rı za­ma­nı Döv­lət Xid­mə­ti Xan­kən­di­də, Ağ­də­rə və Xo­ca­lı rayonlarında döv­lət qu­rum­la­rı­nın eti­bar­lı ida­rə olun­ma­sı və mə­lu­mat mü­ba­di­lə­si­nin təş­ki­li məq­sə­di i­lə ope­ra­tiv ola­raq TET­RA ra­diora­bi­tə şə­bə­kə­si qu­rla­raq is­ti­fa­də­yə ve­rib. İndi isə hə­min böl­gədə­ “AzS­ta­te­Net” şə­bə­kə­si­nin qu­rulma­sına ha­zır­lıq ge­dir”, – deyə o qeyd edib.

“İs­tər pan­de­miya döv­rün­də, is­tər­sə də bu gün ali döv­lət qu­rum­la­rı­nın vi­deokonfrans for­matlı gö­rüş­lə­ri, qə­bulla­rı yük­sək sə­viy­yə­də təş­kil olu­nur. Öl­kə­miz­də ke­çi­ri­lən bir sı­ra döv­lət əhə­miy­yət­li təd­bir­lər­lə (Qoşul­ma­ma Hə­rə­ka­tı, “TEK­NO­FEST Azər­bay­can” festivalı, Ba­kı Mara­fo­nu, Qlo­bal Fo­rum, Ve­lo­si­ped üz­rə öl­kə çem­piona­tı, Gənc­lər və İd­man Na­zir­li­yi­nin Şu­şa­da təş­kil et­di­yi “Won­der­land” təd­bi­ri, “Formu­la-1” ya­rış­la­rı) əla­qə­dar ya­radıl­mış qə­rar­gah­ları zə­ru­ri tex­ni­ki va­si­tə­lər­lə tə­min etmişik. Gös­tə­ri­lən­lə­ri nə­zə­rə ala­raq qeyd et­mək is­tər­dim ki, döv­lət qu­rum­la­rı­na və st­ra­te­ji ob­yekt­lə­rə key­fiy­yət­li xü­su­si ra­bi­tə xid­mət­ləri­nin təş­ki­li və gös­tə­ril­mə­si, elə­cə də on­la­rın təh­lü­kə­siz­li­yi­nin tə­min edil­mə­si Xid­mə­tin əsas və­zi­fə­lə­rindən bi­ri­dir”, – deyə İ.Musayev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir