DYP yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə tədbirlər keçirir

DYP yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə tədbirlər keçirir.

Son zamanlar yollarda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.

“İNFONEWS” xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O, qeyd edib ki, bu növ hadisələrinin qarşısının alınması məqsədilə DYP tərəfindən Respublikanın bütün bölgələrində sürücü və piyada intizamının artırılmasına yönəlmiş nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.

Araşdırma zamanı piyada vurulması ilə nəticələnən qəzaların əksəriyyətinin sürücülər tərəfindən yol nişanlarının tələbinin pozulması və ya piyadaların yolu keçərkən diqqətlərini yola verməmələri, eyni zamanda piyadalar üçün ayrılmış keçidlərindən istifadə etməmələri səbəbindın baş verdiyi müəyyən edilib: “Hər bir yol hərəkəti iştirakçısını cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə həmrəy olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir