Filippinin Çinlə mübahisəli ərazisində döyüş gəmiləri müşahidə olunub

Filippinin Çinlə mübahisəli ərazisində döyüş gəmiləri müşahidə olunub.

“İNFONEWS”  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsi məlumat yayıb.

Belə ki, Çinin 135-dən çox gəmisi mübahisəli ərazi sayılan Cənubi Çin dənizinin Uitsun rifi yaxınlığında görüntülənib.

Bundan əvvəl noyabrın 13-də ərazidə 111 gəmi qeydə alınıb. Filippin təhlükəsizlik məqsədilə əraziyə bir neçə patrul gəmisi göndərib.

Uitsun rifi Filippinin Palavan adasından 320 km, Çinin Haynan adasından isə 1 min km-dən çox məsafədə yerləşir. Çin və Filippinlə yanaşı, Vyetnam da əvvəllər riflərə öz hüquqlarını iddia edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir