UNEC-də inklüzivlik strategiyası davamlı inkişaf edir

UNEC-də inklüzivlik strategiyası davamlı inkişaf edir

Əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət – əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsidir.

“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova söyləyib.

“Hal- hazırda dünya əhalisinin təxminən 15 faizini əlilliyi olan insanlar təşkil edir. Əlilliyi olan insanların 40 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Çox üzücü faktdır ki, ildən-ilə əlilliyi olan uşaqların sayı artmaqdadır” – deyə, Sevinc xanım qeyd edib.

Dünyada hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü qeyd olunur. Bu günün qeyd edilməsinin məqsədi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin reablitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda onlar üçün çox sayda reablitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu istiqamətdə görülən işlər təqdirəlayiqdir. UNEC İnklüziv Təhsil modeli artıq nümünəvi inklüziv ali təhsil modeli olaraq, özünü doğrultmaqdadır. UNEC rəhbərliyi tərəfindən gəbul olunan inklüzivlik strategiyası davamlı inkişaf edir, təkmilləşdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir