Bəzi dönərxanaların fəaliyyəti məhdudlaşdırıldı – SİYAHI
Bakıda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Agentliyin müfəttişləri paytaxtın Binəqədi, Xəzər, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən bir sıra dönər satışı obyektlərində növbəti plandankənar yoxlamalar həyata keçiriblər.
Monitorinqlər çərçivəsində həmin iaşə müəssisələrində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabları nəticəsində müxtəlif bakteriyalar və digər normativ tələblərin pozulması halları aşkarlanıb.
Uyğunsuzluq müəyyən edilmiş aşağıda adları açıqlanan iaşə obyektləri ilə bağlı tədbirlər görülüb:
– Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Xırdalan-Binəqədi şosesi, ev 3H ünvanında fəaliyyət göstərən “Manqal Dönər”;
– Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozu, Vaqif küçəsində fəaliyyət göstərən “Dönəriyyo”;
– Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən “Akdeniz” dönərxanası;
– Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, “Q” yaşayış sahəsində fəaliyyət göstərən “Dönərio”.
Adları açıqlanan dönərxanalarda aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb. Həmçinin qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.