Cümhuriyyət nazirinin məqalə və məktubları nəşr olundu
Azərbaycan Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğlu ilə bağlı kitab işıq üzü görüb.
“İNFONEWS” “Teleqraf.com” – a istinadən xəbər verir ki, “Çapar” Yayınlarında nəşr olunan əsərdə Mustafa Vəkiloğlunun “Yeni Kafkasya”, “Azeri Türk”, “Odlu Yurt”, “İstiklal”, “Azerbaycan Yurt Bilgisi”, “Kurtuluş”, “Türk Yolu”, “Türk İzi”, “Mücahit” kimi jurnallardakı məqalələri, eləcə də müxtəlif məktubları, müsahibələri yer alıb.
Kitabda Mustafa Vəkiloğlunun həyat hekayəsi geniş şəkildə əks olunub, Türkiyə arxivlərindəki sənədlər və məktublar dərc edilib.
Kitabın elmi redaktoru professor Ədalət Tahirzadə, redaktoru Kərim Kərimli, məsləhətçisi Səməd Vəkilovdur.
Rus dilində olan məktubların tərcüməçisi Rəbiqə Nazimqızı, əski əlifbada olan mətnləri hazırlayan Tural Əlisoydur. Qapaq dizaynı Rəsul Həsənə, iç dizayn Xəyal Danyala məxsusdur.
490 səhifəlik əsər Mustafa Vəkiloğlunun yazılarından, məktublarından hazırlanmış ilk kitabdır.
Kitabın naşiri Yusif İlhamoğlu, tərtibçisi Dilqəm Əhməddir.
Əsər AİSTgroup MMC şirkətinin maliyyə dəstəyi ilə işıq üzü görüb.