İranın “SAIPA” Avtomobil Şirəti satışa başlamadan Rusiyanı tərk edib
“SAIPA” – nın Rusiya üzrə eksklyüziv distribütoru İran avtomobilləri üçün perspektiv görməyərək biznesini bağladı
“İNFONEWS” xəbər verir ki, bu barədə “Gazeta.Ru” araşdırma aparıb.
Mütəxəssislər əmindirlər ki, irimiqyaslı investisiyalar qoyulmadan və təkrar emalın artması səbəbindən İran brendinin Rusiyada heç bir inkişaf şansı yox idi.
“SAIPA” – nın Rusiyadakı rəsmi distribütoru, 2023-cü ilin yazında bu markanın Rusiya bazarına çıxacağını elan edən “Best Motors” MMC bir müddət öncə bağlanmaq üzrə olur, o və tərəfdaşları ölkədəki qeyri-stabil iqtisadi vəziyyətin dəyişməsi ilə əlaqədar bu avtomobillərin idxalından imtina etmək qərarına gəlirlər.
“Daha sonra iqtisadi vəziyyətin düzəlməyə doğru dəyişməsinə baxmayaraq, bu brendə və alış qiymətlərinə olan əvvəlki maraq artıq sönmüşdü, həmçinin idxalın sərfəli olmadığı səbəbindən müqavilədən imtina etdik. Bütün olanlar bu qədər! ” – deyə, “Best Motors” – un baş direktoru Aleksandr Stepanov açıqlama gətirib.