Avropa hələ də boru kəmərlərində və ya mayeləşdirilmiş təbii qaz (LNG) terminallarında mümkün nasazlıqların öhdəsindən gəlmək üçün lazımi enerji ehtiyatlarına malik deyil.
“İNFONEWS”-un “TASS“a istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın RWE enerji şirkətinin rəhbəri Markus Krebber bildirib.
“Ona görə də hesab edirəm ki, [itirilmiş] Rusiya qazını tamamilə əvəz etmək üçün idxal qabiliyyətini artırmaq lazımdır”, – Markus Krebber əlavə edib.
Onun sözlərinə görə, bu il Avropa enerji baxımından keçmişlə müqayisədə bu il daha yaxşı vəziyyətdədir və qaz anbarlarının dolumluluğu maksimum səviyyəsindədir.
Hazırda Avropanın yeraltı anbarları 99,45% doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 10,04 faiz bəndi çoxdur), onlarda 109,64 mlrd. kubmetr qaz var.
Avropada istilik mövsümü 2023-cü il noyabrın 7-də (son payız-qış mövsümündən bir həftə tez) başlayıb və həmin andan etibarən Aİ ölkələri 346 milyon kubmetr qazı anbardan çıxarıblar.