“Əmək pensiyası ilə sosial müavinətin fərqi nədir?” – SOSİAL PROBLEMLƏR

“Əmək pensiyası ilə sosial müavinətin fərqi nədir?” – SOSİAL PROBLEMLƏR

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi, iqtisadçı ekspert, beynəlxalq təlimçi Leyla Köçərlinin təqdimatında

“İNFONEWS” – un “SOSİAL PROBLEMLƏR” layihəsinin növbəti buraxılışı:

ƏMƏK PENSİYASI İLƏ SOSİAL MÜAVİNƏTİN FƏRQİ NƏDİR?

Əmək pensiyası və sosial müavinət bir-birindən fərqlənir. Belə ki, pensiya  vətəndaşlara qanunla müəyyən edilmiş müvafiq yaş həddinə çatdıqda (1 iyul 2023 – 30 iyun 2024 dövr üzrə kişilər üzrə pensiya yaşı 65 il, qadınlar üzrə pensiya yaşı isə 63 il 6 aydır), əmək qabiliyyətini tam yaxud qismən itirdikdə, ailə başçısını itirdikdə, həmçinin, müəyyən əmək fəaliyyəti sahələrində təyin olunmuş iş stajina çatdıqdan sonra ayba-ay verilən zəmanətli pul ödənişidir. Sosial müavinət əmək pensiyası üçün tələb olunan staj və pensiya kapitalı olmayan vətəndaşlarımıza aylıq və ya birdəfəlik ödəmələr şəklində dövlət tərəfindən təyin edilən və ödənilən sosial yardım mexanizminin bir parçasıdır. Başqa sözlə desək əmək pensiyası əmək fəaliyyəti dövründə minimum staj tələbini və ya minimum kapital tələbini  yerinə yetirən (istisnalar olmaqla) şəxslərə ödənilir. Sosial müavinət isə minimum stajı olan və ya heç vaxt işləməyən şəxslərə təyin olunur.

Qeyd edək ki, əmək pensiyaları ödənilmiş məcburi sosial sığorta  haqlarına əsasən təyin olunur. Hazırda kapitalı toplayan üçün staja, stajı toplayan üçün isə kapitala ehtiyac yoxdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir