Qvineyada baş verən partlayışda ölən və yaralananlar var.
Qvineyanın paytaxtı Konakridə neft terminalında baş vermiş partlayış nəticəsində azı 8 nəfər ölüb, 84 nəfər yaralanıb.
“İNFONEWS” bu barədə “İnterfaks”a istinadən xəbər verir.
Qeyd edilib ki, partlayış Qvineyanın Kalum kommunasında yerləşən əsas neft terminalında baş verib. Məlumata görə, yanğının qarşısı alınıb.
Bildirilib ki, hadisənin səbəbini müəyyən etmək və günahkarları məsuliyyətə cəlb etmək üçün araşdırma aparılacaq. Terminala dəymiş ziyanın həcmi hələlik bəlli deyil.
Ölkə rəhbərliyi sakinləri evlərini tərk etməməyə və məktəbləri müvəqqəti bağlamağa çağırıb.