DÖVLƏT NİYƏ PUL ÇAP EDƏRƏK VARLANMIR? – Tapdıq ABDULLA

DÖVLƏT NİYƏ PUL ÇAP EDƏRƏK VARLANMIR? – Tapdıq ABDULLA

“İNFONEWS” – un gənc iqtisadçı-eksperti Tapdıq Abdulla “Azərbaycan. Dünya iqtisadiyyatı. Siyasət” layihəsinin bu buraxılışında təqdim edir:

NİYƏ PUL ÇAP EDƏRƏK DÖVLƏT VARLANMIR?

Bəzən insanlar sual verir ki, dövlət nəyə görə daha çox pul çap edərək varlanmır, iqtisadiyyatını gücləndirmir?

Yaxşı sualdır, amma pul çap edərək iqtisadiyyatın güclənməsinə nail olmaq olmaz. Bunun səbəbi İNFLYASİYA terminidir. İnflyasiya qiymətlərin artması ilə müşahidə olunan pulun dəyərdən düşməsi prosesidir. Qarşılıqsız, həddən artıq çox pul çap etdikdə qiymətlər yüksəlir və pul dəyərdən düşür. İnsanlar çox pula sahib olanda daha çox istehlak etmək istəyir, lakin istehsalçılar əvvəlki miqdarda da məhsul istehsal etdiyi və məhdud resursa sahib olduqları üçün bu prosesə qiymətlərin artırılması ilə qarşılıq verirlər.  Sonda isə istehlakçıların pulu çox, amma ala biləcəyi resurs miqdarı dəyişmədiyi üçün pul dəyərdən düşmüş olur. Artıq onların aldıqları əməkhaqqının miqdarı çox amma dəyəri az olur. Bu ən çox da dövlət qarşılıqsız pul çap etdikdə yaranır. Dövriyyədə nə qədər çox pul olarsa, satılan məhsulların qiyməti də bir o qədər sürətlə bahalaşır.

Yuxarıda qoyulan suala qısaca “inflyasiya” deyə, cavab verə bilərik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir