“SOFT” yoxsa “HARD” SKİLLS – NÖVBƏTİ SƏNAYE İNQİLABINA DOĞRU

“SOFT” yoxsa “HARD” SKİLLS – NÖVBƏTİ SƏNAYE İNQİLABINA DOĞRU

“İNFONEWS” – un “NÖVBƏTİ SƏNAYE İNQİLABINA DOĞRU” layihəsi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnklüziv Təhsil Mərkəzinin mütəxəssisi, muəllimə, tədqiqatçı-ekspert Aysel Qaragözovanın təqdimatında növbəti buraxılışını təqdim edir:

Yumşaq bacarıqlar – SOFT SKİLLS yoxsa Sərt bacarıqlar HARD SKİLLS

Sonuncu sənaye çevrilişi ilə elmdə yeni sahələr yaranmağa başladı və bu proses hələ də davam etməkdədir. Məktəb və universitetlərin fənn bloklarında yenilənmələr məhz sonuncu koqnitiv inqlabla bağlıdır. Yeni istiqamət kimi yumşaq bacarıqlar (soft skills) və sərt bacarıqlar (hard skills)  termininə tez-tez rastlaşırıq.

          Bəs bunların əsas mənası və fərqləri nədir?

          Bir insanın şəxsi həyatında karyera planlaması zamanı əsas diqqət yetirməli olduğu 2 böyük sahədən bəhs edəcəyik!

İnsan sosial bir varlıq kimi cəmiyyətdə özünü daim realizə edir. Həyatda bizi əhatə edən hər nə varsa, ona təsir edib, dəyişdirə bilmə dərəcəsinə görə fərqlənirlər. Bütünlükdə təsir edib dəyişə biləcəyimiz və ona yarı faizlə və yaxud, ümumiyyətlə, təsir edib dəyişə bilmədiyimiz əşya, insan, məkan və s. vardır. Məsələn, insan şəxsi əşyasını istədiyi kimi hədiyyə etmək, qırmaq, üzərində dəyişiklik etmək və s. kimi haqqlara sahibkən, başqasının mülkünə qarşı belə bir davranış qeyri-mümkün haldır.

Şəxsi karyera planlamasında da bu eynən belədir. Təsir edərək qismən dəyişməyə nail olduğumuz bütün bilgilər yumşaq bacarıqlarla, təsir edib dəyişə bildiyimiz bilgilər isə sırf sərt bacarıqlarla bağlıdır.

İnsan kompüteri düzəltmək üçün sərt bacarıqlara, kompüteri istifadə etmək üçün isə yumşaq bacarıqlara sahib olmalıdır.

Yumşaq bacarıqlar (soft skills) insanın koqnitiv (idrak) məsələləri ilə birbaşa əlaqəlidir. Məsələn, liderlik, ünsiyyət, natiqlik və s. kimi yumşaq bacarıqların inkişaf etdirilməsi nə qədər öyrənilə bilən bir sahə kimi görünsə də, bu kimi qabiliyyətlər həm də anadangəlmə olduğu üçün ona təsir edib dəyişdirmə faizlə ölçülə biləndir. Yumşaq bacarıqlara yiyələnmək bir qədər vərdişə əsaslanır. Yaxşı maşın sürə bilmək, kompüter proqramlarında işləməyi bacarmaq, kütlə qarşısında çıxış etmək illərin təcrübəsini tələb edir və bu kimi yumşaq bacarıqlar tez-tez istifadə edilmədiyi hallarda geriləmə müşahidə edilir.

Sərt bacarıqlar (hard skills) fundamental bilgilərin əldə edilməsinə əsaslanır. Fizika elminə həqiqi mənada yiyələnən biri bu sahədə bir çox ixtiralara imza ata bilər. Sərt bacarıqlara sahib olmaq insanı ixtiraçı alim statusuna gətirib çıxarır. Maliyyə savadlılığı, mentorluq və təlim bacarığı, data analitika sahəsi və s. kimi sərt bacarıqlara yiyələnən biri üçün bunları zamanla unutması mümkünsüz hal olur.

Müasir dövrümüzdə bir alimin natiqlik, kütlə qarşısında çıxış etmə bacarığı yoxdursa və ya bir CEO-nun liderlik qabiliyyəti yoxdursa, onun öz karyerasında pikə çatması mümkünsüz hal olur.

Qısası, ifadə etsək “soft skills” və “hard skills” bir birini qarşılıqlı tamamlayan sahələrdir. İqtisadi nəzəriyyədən də bildiyimiz kimi, qarşılıqlı tamamlayıcı əmtəələrdə bir əmtəənin qiyməti qaxldığı zaman, digər əmtəəyə  olan tələb azalır. Bunu tədqiq etdiyimiz sahəyə şamil etsək, yumşaq bacarıqlara sahib olmayan birinin sərt bacarıqlara sahib olmasının əhəmiyyəti azalacaqdır. Eyni zamanda əksinə.

Unutmaq lazım deyil ki, müasir, rəqəmsal dövrdə yumşaq bacarıqlarsız, təkcə sərt bacarıqlara sahib olmaq insanı karyerasının ən yüksək zirvəsinə daşıya bilməz!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir