Abşeron milli parkının yaranması günü ilə əlaqədar fevralın 8-də milli parkda “açıq qapı” günü və maarifləndirici tədbirlər keçiriləcək, ziyarətçilər milli parka giriş haqqından azad olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən INFONEWS-a verilən məlumata görə, Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron milli parkının füsunkar təbiətini görmək, flaminqoları müşahidə etmək istəyən hər kəs milli parka dəvət edilir.
Qeyd edək ki, Abşeron milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə yaradılıb.