“Biz hamılıqla Qalib Xalqın Qalib Liderini DƏSTƏKLƏYİRİK!”

“Biz hamılıqla Qalib Xalqın Qalib Liderini DƏSTƏKLƏYİRİK!”

7 fevral 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri yaxınlaşdıqca, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın xoşbəxt gələcəyinin memarı İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildirirlər.

“İNFONEWS” “Report” – a istinadən xəbər verir ki, ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz “Facebook” sosial şəbəkəsində yaratdıqları “BİZ – Zəfər Yoluna Davam” platforması vasitəsilə dünya azərbaycanlılarını milli birlik nümayiş etdirərək seçkilərdə fəal olmağa dəvət edirlər.

Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının sədri, “Maarif” jurnal-qəzetinin baş redaktoru Ələddin Qarabağlı yaydığı bəyanatda dünyanın müxtəlif ölkələrində yaşayan bütun həmvətənlərimizi millətimizin adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, ərazi bütovlüyümüzü təmin edən Liderin təbligatında fəal olmaga dəvət edib: “Biz əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”.

Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin sədri Sevda Badaliouri bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki iqtisadi inkişaf, sosial və mədəni təşəbbüslərin təşviqi sahəsində əldə olunan müstəsna nailiyyətlər təqdirəlayiqdir: “Dünya azərbaycanlılarını qarşıdan gələn seçkilərdə aktiv iştirak etməyə və Ali Baş Komandan İlham Əliyevi dəstəkləmə dəvət edirik”.

Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti Taleh Qurbanov qeyd edib ki, Sloveniyada yaşayan Azərbaycan vətəndaşları 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində sevinc, fərəh hissi ilə iştirak edəcək və ölkəmizin taleyinə qələbə yazmış Prezidentə öz dəstəyini bildirməkdən qürur duyacaq.

Böyük Britaniyanın Vorvik Universitetinin Azərbaycan Cəmiyyətinin rəhbəri Rafiq Niftəliyev də Prezident İlham Əliyevə müraciətində namizədliyini dəstəklədiklərini bəyan edib: “Biz inanırıq ki, Siz Azərbaycanın müstəqilliyinin və xalqımızın təhlükəsiz gələcəyinin sarsılmaz qarantısınız”.

“Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli-Gənclərin Mədəniyyət Mərkəzi”nin sədri Ceyran Qurbanovanın bəyanatında xalqımıza Zəfər sevincini yaşadan Ali Baş Komandana sarsılmaz dəstək ifadə olunub: “Dünyanın müxtəlif ölkələrində yaşayan bütun həmvətənlərimizi millətimizin adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, ərazi bütovlüyümüzü təmin edən Liderimizin təbliğatında fəal olmaga dəvət edirik. Biz əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”.

Böyük Britaniyada yaşayan diaspor fəalı, “Bülbül” Azərbaycan dili kitabının müəllifi Emiliya Cəbrayılova bildirib ki, ərazi bütövlüyümüzün və dövlət suverenliyinin bərpası İlham Əliyevin strateji baxışının və Azərbaycanın rifahına sarsılmaz sədaqətinin sübutudur: “Azərbaycana rifah və möhkəmliyi təmin etmək üçün sınanmış təcrübəyə malik lider lazımdır. İnanırıq ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycan güclənməkdə davam edəcək və firavan gələcəyin formalaşdırılmasında əsas rol oynayacaq”.

Bəhreyndə Səudiyyə Ərəbistanı Sığorta Assosiasiyasının departament rəhbəri, həkim Ellada Abdullayeva deyib ki, Bəhreyn Krallığındakı Azərbaycan icması “Zəfər Yoluna Davam!” şüarı ilə ulu öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirən möhtərəm Prezidenti ürəkdən dəstəkləyir: “Azərbaycan xalqı Prezidentimizi sevir. Onun güclü, qüdrətli dövlətimizin, məğrur və yenilməz xalqımızın Lideri olması ilə qürur duyur. Hər bir səsvermə hüququ olan Azərbaycan vətəndaşını Qalib Liderimizin dəstəklənməsi məqsədilə fəal olmağa dəvət edirik. Əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq!”

Kaliforniya Azərbaijan Dostluq Assosiasiyası da 7 fevral seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. Bu barədə assosiasiyanın sədri Elnurə Haşımova açıqlama verib: “Biz Azərbaycan diasporu olaraq qarşıdan gələn növbədənkənar Prezident seçkilərində İlham Əliyevin qələbəsinə inanırıq. Əminik ki, onun müdrik rəhbərliyi altında dövlətimizin və xalqımızın növbəti uğurlarının şahidi olacağıq”.

Gürcüstanda fəaliyyət göstərən “QANUN” Hüquqi Yardım Mərkəzinin baş direktoru Əli Bədirov isə vurğulayıb ki, növbədənkənar Prezident seçkilərində ümummilli lider Heydər Əliyevin siyasətini qürur hissi ilə davam etdirən İlham Əliyevin namizədliyini “Qalib Xalqın Qalib Lideri” və “Dünya azərbaycanlıların lideri” şüarları altında dəstəkləyirlər: “Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının Sizi dəstəkləyəcəyindən əmin ola bilərsiniz. Dünya azərbaycanlıların adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, Azərbaycanın ərazi bütovlüyünü təmin edən Liderin təbliğatında fəal olmaga həmişə hazırıq. Əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir