Seçicilər səsvermə yeri və vaxtı barədə məlumatlandırılacaq

Seçicilər səsvermə yeri və vaxtı barədə məlumatlandırılacaq. Bununla bağlı bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib.

“İNFONEWS” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

 

O bildirib ki, bununla bağlı MSK xüsusi sənəd qəbul edib: “Bu sənədin tələb etdiiy digər məsələ həmin sənədlərin çapı ilə bağlıdır. Səsvermə gününə 40 gün qalanadək bildirişlərin hazırlanması sənəddə öz əksini tapmalıdır. Bu sahədə müsbət təcrübə, ənənə mövcuddur. Sənəddə seçici və səs verəcəyi məntəqənin ünvanıbarədə məlumat da öz əksini tapacaq. Bildirişlərdə səsvermə proseduru ilə bağlı müfəssəl məlumat yerləşdiriləcək. MSK-nın qərarına əsasən, 6 milyon 524 min 203 bildiriş müəyyən mətbəə üsulu ilə çap olunacaq. Azad edilmiş ərazilərdə səs verəcək vətəndaşlara çatdırılacaq bildirişlərə xüsusi bir mətn də əlavə ediləcək. Bu bənd onları təbriklə bağlı olacaq. Çünki həmin ərazilərdə səs vermək Allahın lütfüdür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir