Dövlət Statistika Komitəsinin informasiya sistemlərinin domeni dəyişilib

Dövlət Statistika Komitəsinin informasiya sistemlərinin domeni dəyişilib.

Bu barədə “İNFONEWS”-a Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, 27.01.2024-cü il tarixdə Dövlət Statistika Komitəsinin informasiya sistemlərinin “azstat.org” domenindən “azstat.gov.az” domeninə keçidi həyata keçirilmişdir.  Bununla əlaqədar statistik subyektlərdən xahiş olunur ki, Dövlət Statistika Komitəsinin elektron xidmətlərindən istifadə edərkən müvafiq informasiya sistemlərinə girişi kompüterin yaddaşında qalmış əvvəlki domen üzrə link üzərindən deyil, Komitənin internet səhifəsi üzərindən etsinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir