Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Kiyevdə Ukrayna Baş naziri Denis Şmıqalla görüşüb.
“İNFONEWS” xəbər verir ki, o, bu barədə “X”də yazıb.
Tərəflər müdafiə sənayesi sahəsindəki əməkdaşlığı müzakirə ediblər. Onlar həmçinin Kiyevə maliyyə yardımı barədə fikir mübadiləsi aparıblar.
U.Lyayen qeyd edib ki, Ukraynaya 4,5 milyard avroluq növbəti ödəniş mart ayında olacaq.