Prezident İlham Əliyevdən yeni təyinat – SƏRƏNCAM

Prezident İlham Əliyevdən yeni təyinat – SƏRƏNCAM

Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının Ədliyyə Naziri təyin edilib.

“İNFONEWS” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Fəris Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini bitirib. 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib.

2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.

2009-cu ildə Doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub.

2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2006-2007-ci illdərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olub.

2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

2021-ci ildə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri olub.

Ədliyyə naziri vəzifəsinə təyin edilənə qədər Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir