“Cənub Qaz Dəhlizi” Azərbaycanın ixrac gəlirlərini artıracaq

“Cənub Qaz Dəhlizi” Azərbaycanın ixrac gəlirlərini artıracaq 

“İNFONEWS” “Trend” -ə istinadən xəbər verir.

“Cənub Qaz Dəhlizi”nin Azərbaycan üçün əsas üstünlükləri ondan ibarətdir ki, bu layihə təbii qaz hasilatı və ixrac həcmlərini artırmağa imkan verəcək və bu, ölkənin ixrac gəlirlərini artıracaq.

Bunu Böyük Britaniyanın “Capital Economics” tədqiqat və konsaltinq şirkətinin xammal üzrə iqtisadçı köməkçisi Samuel Burman deyib.

O əlavə edib ki, bu layihə həm də Azərbaycanın Avropa ilə əlaqələrini genişləndirməyə şərait yaradacaq:

“Avropa üçün bu dəhlizin üstünlükləri Rusiya təbii qazına alternativ təklif etməsidir. Bunun nəticəsində rəqabətin artması Avropada qaz qiymətlərinin ucuzlaşmasına gətirib çıxara bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir