Papua-Yeni Qvineyada 6,8 maqnitudada zəlzələ qeydə alınıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilir ki, təbii hadisənin episentri təxminən 2 min nəfər əhalisi olan Ambunti qəsəbəsindən 25 km şimal-şərqdə, zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.