Şənbə günü Slovakiyada keçirilən prezident seçkilərində parlamentinin sədri və hakim koalisiyaya daxil olan “Qlas” Partiyasının namizədi Peter Pelleqrini qalib olub.
Bu barədə “İNFONEWS” Slovakiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Pelleqrinini seçicilərin 44,85 faizi dəstəkləyib. Onun əsas rəqibi, Slovakiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri İvan Korçok 25,64 % səs toplayıb.
Əgər birinci turda favoritlərdən heç biri 50 %-dən çox səs toplaya bilməsə, ölkə aprelin 6-da keçiriləcək ikinci turla qarşılaşacaq.
Statistika İdarəsinin məlumatına görə, şənbə günü keçirilən seçkilərdə səsvermə hüququna malik 4 milyon 330 mindən çox insan üçün 5 900 seçki məntəqəsi açıq olub.
Slovakiyada Prezident ümumxalq səsverməsi yolu ilə beş il müddətinə seçilir.
Prezidentliyə 9 namizəd mübarizə aparıb. Slovakiya tarixində ilk qadın prezident, 2019-cu ildən bu vəzifədə çalışan Zuzana Çaputova hazırkı seçkilərdə iştirak etməmək qərarına gəlib.
Yekun nəticələr seçkilər və siyasi partiyaların maliyyələşməsinə nəzarət üzrə dövlət komissiyası tərəfindən təsdiqləndikdən sonra martın 24-də məlum olmalıdır.