Vətəndaşlara yol hərəkəti qaydaları barədə məlumatlandırma təlimləri keçirilib -DYP
“Piyadalar, diqqətli olun!” şərti adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyi çərçivəsində 3 gün ərzində respublikanın 65 tam orta məktəblərinin şagirdləri, bununla yanaşı respublika əhəmiyyətli avtomobil yollarının kənarındakı 31 müəssisə və təşkilatların rəhbərliyi və əmək kollektivi, eləcə də həmin avtomobil yollarının keçdiyi 44 yaşayış məntəqəsinin əhalisi ilə maarifləndirmə və təbliğat-təşviqat xarakterli görüşlər keçirilib.
“İNFONEWS” – un Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən əldə etdiyi məlumatında bildirilib ki, tədbirlər zamanı Dövlət Yol Polis əməkdaşları görüş iştirakçılarına yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verib, piyadaların şəxsi məsuliyyət hissinin artırılmasının vacibliyini onların diqqətinə çatdırıb, maraqlandıqları sualları cavablandırıb.