Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.
“İNFONEWS” xəbər verir ki, Təzəpir məscidində keçirilən mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
E.Süleymanovanın cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılır.
O, aprelin 25-də uzun sürən xəstəlikdən sonra 87 yaşında vəfat edib.
Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.