Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.
“İNFONEWS” xəbər verir ki, hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb.
1951-ci il təvəllüdlü Nəsib Quliyev evində ov tüfəngi ilə özünü güllələyib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Nəsib Quliyev uzun müddət Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı olub. Həmçinin ATU-nun I uşaq xəstəlikləri kafefrasının professor-məsləhətçisi vəzifəsində çalışıb.