“Rabitəbank” rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

“Rabitəbank” rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

Cari il aprelin 22-dən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyevin iştirakı ilə ABŞ-ın Vaşinqton şəhərində ilk işgüzar səfər baş tutub.

Səfərin birinci günündə ABŞ Dövlət Departamenti, ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən “Avrasiyadakı geosiyasi dəyişikliklər fonunda ABŞ-ın maliyyə siyasəti” mövzusunda brifinq təşkil edilib. Növbəti hissədəki görüş Amerika Banklar Assosiasiyasının (Assosiasiya) Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası ilə olub.

Bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədilə təşkil olunan səfərdə assosiasiya tərəfindən “Amerika bankları ilə müxbir bank əlaqələrinin qurulması: sadədən ən yaxşı təcrübələrə qədər” mövzusunda, bank sektorundakı qlobal trendlər, süni intellektin maliyyə sahəsindəki rolu, risklərin idarə edilməsi, komplayns və s. mövzularda müzakirələr aparılıb, suallar cavablandırılıb, belə görüşlərin davamlı olmasının əhəmiyyəti və birgə maarifləndirici tədbirlərin keçirilməsinin önəmi vurğulanıb.

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir