“Faktlara dayanan TARİXİMİZ”: TÜKƏNMƏZ “İLKLƏR”in MÜƏLLİFİ

“Faktlara dayanan TARİXİMİZ”:  TÜKƏNMƏZ “İLKLƏR”in MÜƏLLİFİ

“İNFONEWS” – un “Faktlara dayanan TARİXİMİZ” layihəsi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, beynəlxalq tarixçi-ekspert Cəmilə Vaqif qızı Həsənova təqdimatında davam edir:

TÜKƏNMƏZ “İLKLƏR”in MÜƏLLİFİ – HEYDƏR ƏLİYEV

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixində, həyatında misilsiz iz qoyan şəxsiyyətdir. İlklərə imza atan LİDER. Ensiklopedik biliyə malik şəxsiyyət – biz SİZDƏN örnək aldıq. Dövlətimizi, xalqımızı, vətənimizi sevməyi və onun uğrunda mübarizə aparmağı SİZDƏN öyrəndik!

Əslində bu ilklərdən nə qədər danışsaq bitməz. Layihənin bu buraxılışında daxili siyasətdə həyata keçirilən bir neçə ilklərdən söhbət açmaq istədik.

Ümummilli lider Heydər Əliyev 1969-cu ildə ilk dəfə Azərbaycan SSR – nin birinci katibi vəzifəsinə təyin edildikdən dövrdən Azərbaycan xalqı, milləti üçün əlindən gələni etməyə başladı, özünü bir çox təhlükələrə ataraq İLKLƏRƏ imza atdı.

İlk növbədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların yaşadığı kənd və rayonların acınacaqlı sosial – iqtisadi vəziyyəti ilə tanış olan H.Əliyev xüsusilə, Şuşa şəhərinin inkişaf etdirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirmişdi. 1979-cu ildə Bakı – Yevlax – Xankəndi dəmir yolunun istifadəyə verilməsi Dağlıq Qarabağı respublikanın digər bölgələri ilə daha sıx şəkildə əlaqə yaratmaq məqsədi güdürdü. 1978- ci ilin aprel ayında Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul edilərkən onun mətninə respublikamızda Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca 73-cü maddə daxil edilmişdi. Sovet hakimiyyəti dönəmində İLK dəfə həyata keçirilən tədbir idi.

Ümummilli liderin təsilə xüsusi qayğı ilə yanaşması heç kimə sirr deyil. Bu üzdən sovet dönəmində Azərbaycanda orta və ali təhsil xeyli inkişaf edir.  1976-cı ildə İnşaat İnstitutu, 1981-ci ildə Gəncə Texnologiya İnstitutu, 1972-ci ildə Naxçıvanda, 1973- cü ildə Xankəndində Pedaqoji İnstitutlar açılır.

Azərbaycanda milli hərbi kadrlar yetişdirmək və azərbaycanlı gənclərin SSRİ-nin Ali Hərbi Məktəblərinə daxil olmasını təmin etmək məqsədilə 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış orta internat məktəbi təsis edilir.

1992-ci ilin noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradılır.

1993-cü il noyabrın 1-də xalqımızı ordu quruculuğu məsələlərinə səfərbər etmək üçün Dövlət Müdafiə Şurası və yeni milli ordu hissələri yaradılır.

1994-ci il sentyabnn 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı və Yunanıstanın iri neft şirkətlərinin daxil olduğu Konsorsium (sonralar bu Konsorsiuma Yaponiya şirkəti də qoşulur) arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının bir hissəsinin birgə işlədilməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 30 illik saziş imzalanır. Bu müqavilə tezliklə dünyada “Əsrin müqaviləsi” adı ilə məşhurlaşır.

1993-cü ildən Respublikanın Ali məktəblərində ikipilləli (bakalavr və magistr) təhsil sistemi tətbiq olunur və 1997-ci ildə magistratura təhsil pilləsinə ilk qəbul keçirilir.

1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqinə başlansa da, yeni qrafikaya keçid prosesi çox ləng gedirdi. 2001-ci il 18 iyun tarixli prezident fərmanı verildikdən sonra yeni əlifbaya keçid qəti şəkildə başa çatdırıldı. Həmin fərmana görə, avqustun 1-i Respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilir.

Prezident Heydər Əliyevin göstərişi nəticəsində  AMEA-nm Tarix İnstitutu tərəfindən 1998 – 2002-ci illərdə 7 cildlik “Azərbaycan tarixi” kitabı hazırlanaraq nəşr etdirilir. 2002-ci ildə AMEA-nm Naxçıvan bölməsi yaradılır.

“Azərbaycanfilm” kinostudiyası 1994-cü ildən dövlət büdcəsindən maliyyələşməyə başlayır ki, həmin il Dövlət Film Fondu yaradılır.

1998-ci ildə Şəhidlər Xiyabanında Xatirə kompleksi tikilmiş və hündürlüyü 21 m. olan Əbədi məşəl abidəsi ucaldılır.

2001- ci il dekabrın 28-də Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanununu qəbul edir. Nəticədə qabaqcıl demokratik Avropa dövlətlərində olduğu kimi, Azərbaycanda da insan hüquq və azadlıqlarının müdafiəçisi olan Ombudsman təsisatı yaradılır.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının inkişafınaminə həyata keçirtdiyi tədbirləri tükənməzdir.

Həyatını xalqına bəxş etmiş LİDERi hörmət və ehtiramla anırıq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir