Türk dillərinin qrammatikası üzrə əməkdaşlıq protokolu imzalanıb
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Bakıya gəlmiş Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb.
“İNFONEWS” – un AMEA-dan əldə etdiyi məlumatında bildirilib ki, görüşdə birgə əməkdaşlığa dair müzakirələr aparılıb.
İki qurum arasında türk dillərinin qrammatikası ilə bağlı qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair protokol imzalanıb.