“Xortdanın cəhənnəmdən məktubları”ndan cənnətə yol salan ədib

“Xortdanın cəhənnəmdən məktubları”ndan cənnətə yol salan ədib

Bu gün Azərbaycan ədəbiyyatı, xüsusilə də Şuşa mədəni irsinin zirvəsində yer almış görkəmli yazıçı, dramaturq, pedaqoq və ədəbiyyatşünas,  ictimai-siyasi teatr xadimi Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür.

Əbdürrəhim bəy Haqverdiyev ədəbiyyat tariximizi hekayələri və faciə janrında yazdığı əsərləri ilə zənginləşdirib. Klassik irsimizə “Marallarım” silsilə hekayələrini və “Xortdanın cəhənnəmdən məktubları” povestini bəxş edib. “Dağılan tifaq” pyesi isə milli dramaturgiyamızın ilk faciə əsərlərindəndir. Eləcə də Ə.Haqverdiyev milli teatr ənənələrinə aid dəyərli elmi əsərlərin, nəzəri məqalələrin müəllifidir. Sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişində böyük rol oynayıb.

“…Pər­vər­di­ga­ra, sə­n ö­zün məz­lum­la­rı zalım­la­rın əlin­dən xi­las elə!..”

“…Bi­ri­si gö­rür­sən, sübh­dən axşama­dək qa­rış­qatək ça­lı­şır, vu­ru­şur, pul qa­za­nır, am­ma evi yıxıl­mış öz zəh­mə­ti­nin mey­və­sin­dən kam­yab ol­mur. Pu­lu yı­ğır san­dıq­la­ra, üs­tün­də mi­şo­vul pi­şi­yi kimi ya­tır. Ye­di­yi ­də nə­dir? Ən­cir, so­ğan və pen­dir…”

“…ata ma­lı oğul uşaq üçün bilmər­rə la­zım de­yil. Oğu­lun yax­şı­sı özü də qa­za­nar, ata­ya möh­tac ol­maz. Oğu­lun pi­si­nə həm­çi­nin ata ma­lı la­zım de­yil. Çün­ki ata­sı ba­şı­nı ye­rə qo­yan ki­mi ha­mı­sını aparıb bir az müd­də­tə xərc elə­yib da­ğı­da­caq…”

“Xə­sis pu­lu­dur, nə tövr çı­xar­saq, ha­lal­dır: haq­la, na­haq­la, oğur­luq­la, qul­dur­luq­la… ”

“Pərvərdigarım, mə­gər sən öv­rət tay­fa­sı­nı ya­ra­dan­da hey­van yaradıb­san, in­san ya­rat­ma­yıb­san? Mə­gər, öv­rət tay­fa­sı­nı dərd, qəm çək­mə­yə ya­ra­dıb­san? Xu­da­ya nə vax­ta­dək bi­zim di­li­miz bağ­lı olacaq?… Vu­rar­lar səbr elə! Sö­yər­lər, səbr elə! Ma­lı­mız ki­şi­nin, ca­nı­mız ki­şi­nin əlin­də­dir… Əgər məs­lə­hət be­lə­dir, nə üçün bi­zə dil ve­rib­sən, ürək ve­rib­sən?…”

Böyük ədibimizi dərin hörmət və ehtiramla anırıq.

“İNFONEWS”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir