“Konfransa 39 ölkədən 689 məqalə daxil olub” – Fariz Əhmədov
Konfransın builki mövzusu “Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” adlanır. Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” olduğuna görə, konfransın mövzusunu və panellərini yaşıl iqtisadiyyata aid etmişik.
“İNFONEWS” xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elm və İnnovasiyalar üzrə prorektoru Fariz Əhmədov jurnalistlərə müsahibəsində söyləyib.
F.Əhmədov bildirib ki, konfransa 39 ölkədən 689 elmi məqalə daxil olub və 200 elmi məqalə konfransın ümumi beynəlxalq elm komitəsi tərəfindən seçilib. Dörd günlük konfrans çərçivəsində 5 panel olacaq və ən aktual mövzularda Heydər Əliyev Mərkəzində bu panellərdə həm beynəlxalq mütəxəssislər, yerli mütəxəssislər, həm də özəl və dövlət qurumları, elm adamları bir yerdə müzakirələr aparacaqlar.
Konfrans müddətində 42 sessiya təşkil olunacaq. Hər sessiyada 6 elm adamı öz elmi işini məruzə edəcək.
Tədbir çərçivəsində 5 kitab təqdim olunacaq. Bu kitablar Azərbaycanda ilk dəfə hazırlanıb.