UNEC “Scimago”-də 2023-cü ildə Azərbaycan üzrə 1-ci yerdə olub
“Scimago” reytinq agentliyi dünya universitetlərinin reytinqinə əsasən 2023-cü ildə Azərbaycan üzrə 1-ci yerdə qərarlaşıb.
“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov mayın 23-də keçirilən VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında söyləyib.
Rektor qeyd edib ki, reytinqin hesablanması tədqiqat performansı (“Scopus” baza), innovasiyaya çıxış, cəmiyyətə təsir kateqoriyaları üzrə aparılır.
Xatırladaq ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konfransın builki mövzusu “Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” məsələsinə həsr edilir.