“Scopus” platformasında UNEC-ə aid 1455 əsər indekslənib

“Scopus” platformasında UNEC-ə aid 1455 əsər indekslənib

“Scopus” platformasında UNEC-ə aid 1455 əsər indekslənib. Bu elmi əsərlərə istinad sayı 7256, h-indeks 36, elmi əsərə düşən istinad 4.99 və xarici müəllifli elmi əsərlər isə 752 olub.

“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov mayın 23-də keçirilən VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında söyləyib.

Rektor bildirib ki, “Scopus” bazasında indekslənən elmi əsərlərin 97 faizi, istinad sayının 99 faizi, xarici müəllifli elmi əsərlərin 99 faizi 2014-2024-cü illərin payına düşür.

Xatırladaq ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konfransın builki mövzusu “Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” məsələsinə həsr edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir