Paytaxtda mayın 25-də ümumşəhər iməciliyi təşkil olunacaq
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə mayın 25-də paytaxtda genişmiqyaslı daxili ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb.
“İNFONEWS” – a bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkarları və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırıb.