UNEC alimlərinin 1181 əsəri “Web of Science” -da indekslənib

UNEC alimlərinin 1181 əsəri “Web of Science” -da indekslənib

UNEC alimlərinə aid 1181 əsər “Web of Science” bazasında indekslənib. Bu əsərlərə istinad sayı 5448,h-indeks 36, elmi əsərlərə düşən istinad 4.61 və xarici müəllifli elmi əsərlərin sayı 679 olub.

“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov mayın 23-də keçirilən VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı söyləyib. Rektor bildirib ki, “Web of Science” bazasında indekslənən elmi əsərlərin 90 faizi, istinad sayının 93 faizi, xarici müəllifli elmi əsərlərin 87 faizi 2014-2024-cü illərin payına düşür.

Xatırladaq ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konfransın builki mövzusu “Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” məsələsinə həsr edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir