“İnklüziv sosial müdafiə” – YENİ KİTAB
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevanın “İnklüziv sosial müdafiə” kitabı çapdan çıxıb.
“İNFONEWS” xəbər verir ki, İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən monoqrafiyanın elmi redaktoru professor Nazim Müzəffərli, rəyçiləri professor Rəşad Muradov və dosent Allahyar Muradovdur. Monoqrafiyada inklüziv sosial müdafiə sisteminin nəzəri əsasları, sosial müdafiə sisteminin dövlət tənzimləməsi istiqamətləri verilib. Əsərdə Azərbaycanın sosial müdafiə sisteminin mövcud vəziyyəti qiymətləndirilib, ölkəmizdə sosial müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətləri göstərilib.
Kitab elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.