İqlim dəyişikliyinin səbəbləri və təsirləri – COP29 Azerbaijan
“İNFONEWS” əqdim edir:
İQLİM DƏYİŞİKLİYİNİN SƏBƏBLƏRİ VƏ TƏSİRLƏRİ
İqlim dəyişikliyi, dünya əhali və ekosistemləri üçün ən ciddi təhlükələrdən biridir. İqlim sisteminin dəyişməsinin səbəbləri arasında insan təsiri, atmosferdə CO2 konsentrasiyasının artması, nəqliyyat və s. daxildir. Bu dəyişikliklər, dünya iqtisadiyyatını, ekosistemləri, insan sağlamlığını və sosial stabilliyi dəyişdirir. Tarixi rekord sıcağlıqlar, buzulların qətli, quruq, şiddətli fırtınalar, sel, qidalanma təhlükələri kimi ekstrem hadisələr dünyanın daxilində və xaricində nəticələnir. Bir çox ölkə və beynəlxalq təşkilatlar, bu məsələləri aradan qaldırmaq üçün siyasi tədbirlər görməyə çalışır. Lakin, bu məsələlərin həll edilməsi genişmiqyaslı bir çaba tələb edir. Yeşil enerji istifadəsi, karbon emisiyalarının azaldılması və ekosistemlərin qorunması kimi tədbirlər bu prosesdə əhəmiyyətli rol oynaya bilər. Nəticə olaraq, iqlim dəyişikliyi dünya üzərində böyük vəziyyətlərə səbəb olan bir fenomendir. İqtisadi, ekoloji və sosial sahədə dəyişikliklərə səbəb olsa da, bu məsələləri aradan qaldırmaq üçün genişmiqyaslı, təşkilatlı bir çaba tələb edir.
Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.
İqlim dəyişikliyi həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. Əvvəlki dövrlərdə də iqlim dəyişiəri olmasına baxmayaraq, 20-ci əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərmiş və qlobal miqyasda dəyişikliklərə səbəb olmuşdur.
Aerozollar və Buludlar
Havanın aerozollar formasında çirklənməsi insan sağlamlığının çiyninə böyük bir yük qoymaqla bərabər, eyni zamanda, iqlimə də genişmiqyaslı təsir göstərir. 1961-ci ildən 1990-cı ilə qədər Yerin səthinə çatan günəş işığının miqdarında tədricən azalma müşahidə olundu; bu, qlobal qaranlıqlaşma olaraq tanınır və əsasən bioyanacaqdan və təbii yaranacağın yanmasından qaynaqlanan aerozollara aid edilir. Yağıntılar nəticəsində aerozollar təmizlənir və troposfer aerozollarının atmosfer həyatı bir həftə çəkir; buna baxmayaraq, stratosfer aerozolları atmosferdə bir neçə il qala bilir. Aerozollar 1990-cı ildən bəri qlobal olaraq azalmaqdadır, bu da o deməkdir ki, onlar istixana qazı istiləşməsini əvvəl olduğu qədər gizlətmirlər.
Gələcək istiləşmə və Karbon büdcəsi
Gələcək istiləşmə iqlim fidbəklərinin güclərindən və istixana qazlarının emissiyalarından asılıdır. İqlim fidbəklərinin gücü əsasən elmi müəssisələrin təkmilləşdirdiyi müxtəlif iqlim modellərindən istifadə edərək ölçülür. İqlim modeli iqlim sisteminə təsir göstərən fiziki, kimyəvi və bioloji proseslərin reprezentasiyasıdır. Modellər eyni zamanda Yerin orbitindəki dəyişiklikləri, günəşin fəaliyyətindəki tarixi dəyişiklikləri və vulkanik təsir qüvvəsini də özündə ehtiva edir. Kompüter modelləri okeanların sirkulyasiyanı, fəsillərin illik dövrəsini və quru səth ilə atmosfer arasındakı karbon axınını proqnozlaşdırmağa və yenidən ərsəyə gətirməyə çalışır. Modellər istixana qazlarının emissiyalarına uyğun olaraq, gələcəkdə baş verəcək müxtəlif temperatur artımları irəli sürür; onlar adətən iqlim həssaslığına verilən fərqli fidbəklərin gücləri və iqlim sisteminin inersiyasının maqnitudası barədə razılığa gəlmirlər.
Cavab reaksiyaları: Mitiqasiya və Adaptasiya
Mitiqasiya
İDHP bəzi geriqaytarılmaz təsirlərin qarşısını almaq üçün inqilabdan əvvəlki səviyyələrlə müqayisədə qlobal istiliyi 1,5 °C-dən (2.7 °F) aşağıda saxlamağın əhəmiyyətini vurğulayır. İstixana qazı emissiyalarını azaltmaq və istixana qazlarını atmosferdən təmizləyən uducuları artırmaq yolu ilə iqlim dəyişikliyinin təsirlərini yüngülləşdirilə bilər. İDHP-nin hesablamalarına görə, qlobal istiləşməni uğurla 1,5 °C-dən aşağıda saxlamaq üçün, qlobal istixana qazı emissiyalarının 2050-ci və ya 2070-ci ilə qədər 2 °C hədəf ilə tam sıfıra endirilməyi lazımdır. Bu da öz növbəsində enerjidə, quru ərazidə, şəhərlərdə, nəqliyyatda, binalarda və sənayedə genişmiqyaslı, sistemli dəyişikliklərin həyata keçirilməsini tələb edəcək.
Adaptasiya
Adaptasiya “iqlimdəki hazırkı və ya gözlənilən dəyişikliklərə və onların təsirlərinə uyğunlaşma prosesi”dir. İqlim dəyişikliyi regionlar üzrə fərqləndiyi kimi, adaptasiya strategiyaları da dəyişir. Belə ki, bəzi adaptasiyalar dəyiş-toqquş tələb etdiyi halda, digərləri sinerji və ortaq- faydalar da gətirir. Kondisionerlərin istifadəsindəki artım insanlara istiliyin öhtəsindən daha yaxşı gəlmək imkanı verir, eyni zamanda enerji tələbatını da artırır. Adaptasiyanın digər nümunələrinə inkişaf etdirilmiş sahil qorunması, fəlakətlər zamanı daha yaxşı idarəçiliyin təşkili, köməkli müstəmləkəçilik (bitkilərin və heyvan başqa yaşayış sahəsinə köçürülməsi) və daha dayanıqlı məhsulların inkişafı aiddir.
Beynəlxalq iqlim razılaşmaları
Demək olar ki, bütün ölkələr 1994-cü il Birləşmiş Dövlətlər İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının (BDİDÇK) iştirakçısıdır. BDİDÇK-nin məqsədi insanların iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaqdır. Konvensiyada qeyd olunduğu kimi, bunun üçün atmosferdə olan istixana qazı konsentrasiyalarının ekosistemlərin iqlim dəyişikliyinə təbii formada uyğunlaşa biləcəyi, qida istehsalına təhlükə yaratmadığı və davamlı iqtisadi inkişafa imkan verən bir səviyyəyə gətirilməsi tələb olunur. BDİDÇK-nın imzalanmasından bəri qlobal emissiyalar daha da artmışdır; əslində, bu konvensiya emissiyaları məhdudlaşdırmır, sadəcə bunu həyata keçirən protokollar üçün bir çərçivə yaradır. İllik konfranslar qlobal müzakirə mərhələsidir.
Nihad ŞİXƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
“İqtisadiyyat və İdarəetmə“ fakültəsi, tələbə