Onların qan qusa-qusa ölməklərinə imkan verməyək!
Mən dəmiryolu nəzarətində işlədiyim zaman ərazi sahiblərinin dəmiryolu xəttinin içərisinə qoyduğu tısbağaları xəttdən çölə cıxardırdım. Xəttin içərisinə qoyulan tısbağa (ot yox, su yox) çarəsiz irəlləyər xəttin içərisində, başına vuran günəşin yandırıcı istisi, reyslərin istisi, dəmiryolu daşlarının dözülməz istisinə rəğmən çarəsizcə irəlləyir.
“İNFONEWS” xəbər verir ki, bu, dəmiryolunda çalışan əməkdaşın (adı qeyd edilməyib) sosial şəbəkələrdə paylaşımıdır. Bu etirafı işıqlandırmağa özümüzə borc bilirik. Paylaşımda deyilir:
“Tısbağa 20 sm yüksəkliyində ki, reysləri keçə bilmir. Ona görə tək çarəsi irəlliyərək çıxış yolu tapmağa çalışan tısbağa kilometrlərlə yol getdikdən sonra çıxış yoxdur deyə geri qayıdar. Günorta isti başına vurduğunda, sadəcə başını reysin kölgəsinə sala bilir, istidən alov topuna çevrilən bədəni günəşin altında qalır. İsti dözülməz olduqda daxili qanama başlayır və tısbağa qan qusa-qusa ölür.
Mən işlədiyim 30 il ərzində həmin tısbağalar üçün çantamda 2 litr soyuq su aparırdım. Xəttin içindəki tısbağaları xəttin kənarına çıxardıb kölgə bir yerə qoyub, üstünə su tökər, ovcumda su içirib, yoluma davam edərdim. Tısbağaları xəttin içindən əlimə əlcək geyindikdən sonra çıxarardım. Çünki çılpaq əllə toxunan bilməyəcək qədər isti olurlar. Mən 30 il ərzində minlərlə tisbağanı bu cür xilas etdim, amma yüzlərlə tisbağanı da başını reysin kölgəsinə uzadıb qan qusa-qusa öldüyünü gördüm. Kənd camaatına tısbağaları xəttin içinə qoymayın deyirdim, qan qusub öldüklərini başa salırdım.
Şəkildəki dəmiryolu xəttləri arasına buraxılmış bu tisbağanı çarəsizcə ölümü gözləyərkən gördüm. Xəttin kənarına alıb, üzərinə su tökdüm və su içirdim. Mən onunla qarşılaşdığım üçün o, bu gün yaşayır”.
Tısbağaların da qayğıya ehtiyacı var.