“COP 29-un Azərbaycanın iqlim hədəflərinə gözlənilən müsbət təsirləri”- Rəna MƏMMƏDZADƏ

“COP 29-un Azərbaycanın iqlim hədəflərinə gözlənilən müsbət təsirləri”- Rəna MƏMMƏDZADƏ

“İNFONEWS” təqdim edir.

COP 29-un Azərbaycanın iqlim hədəflərinə gözlənilən müsbət təsirləri

                (İqtisadi və ekoloji təsirləri aspektində ümumi tədqiqat)                    

Ekologiyanin qorunması istiqamətində həyata keçirilən və keçiriləcək tədbirlər və onların maliyələşdirilməsi mövcud qlabol ekoloji problemlər o cümlədən baş verməsi müstəsna edilməyən ekoloji  fəlakətlərin həlli üçün əsasdır. Bu tədbirlərin mühüm istiqamətlərindən biri də COP 29 kanfıransı çərçivəsində həyata keçiriləcək ekoloji layihələrdir. Bu  məqalənin mövzusu COP 29 konfransı ilə daha da gündəmə  gətiriləcək əsas prioritetlərdən  biri olan iqlim maliyyələşdirilməsidir ki bu da hal hazırda diqqət mərkəzində olan aktual mövzulardandır.

COP29-a ev sahibliyi edən Azərbaycan iqlim hədəfləri

Azərbaycanda keçiriləcək COP 29 konfransı bu il diqqət mərkəzində olan aktual məsələdir. Konfransın əhatə dairəsi və əhəmiyyətliliyi nəzərə alınaraq COP 29 konfransına hazırlıq işlərinin lazımi qaydada aparılması üçün komanda yaradılıb və bütün qurumlar səfərbər edilib. Bunun isbatıdır ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) üzrə COP 29-un Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.Həmçinin, Azərbaycanın Türkiyə ilə COP 29 konfransı ilə  bağlı iş birliyi üçün görüş keçirməsi ölkələr səviyyəsində COP 29 kanfıransına hazırlıq istiqamətində ciddi addımların atdığının bariz nümunəsidir.

COP 29 sammitinin prezidenti Muxtar Babayev bildirib ki, BMT-nin iqlim dəyişikliyi ilə bağlı bu ilki danışıqlarına ev sahibliyi edən Azərbaycan bu tədbirə qədər emissiyaların azaldılması hədəfini təkmilləşdirməsi istiqamətində əhəmiyyətli addımlar atacaq. İki həftə ərzində dünya ictimaiyyətinin bütün diqqəti Bakıya yönələcək, şəhər 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.  Bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfə verəcək və sivil dünyanın ayrılmaz hissəsi kimi ölkəmizin ümumbəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcək

COP 29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı sayıla bilər.  Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” elan edilməsi bu missiyaya verilən önəmin təsdiqidir.  Bu təşəbbüs sadəcə simvolik xarakter daşımır, bu həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliyə nail olmaq istəyən ölkələr üçün model olmaq istəyini nümayiş etdirir, eyni zamanda, daha yaşıl və sağlam yaşayış mühitinin qurulması istiqamətində onun güclü öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Gələcək ,gələcək nəsillər üçün gələcək şüarını əsas götürərək Azərbaycan gələcəyini möhkəm təməllərlə inşa edir.Görülən işlərə, qarşıya qoyulan məqsədlərə nəzər saldıqda biz vədlərlə məhdudlaşmayan, strateji ekoloji qərarlar qəbul etməklə konkret nəticələr əldə edən bir ölkə görürük.  Azərbaycan öz praktiki fəaliyyəti ilə yaşıl enerji iqtisadiyyatı üçün əhəmiyyətini sübut edir.  Beləliklə, Azərbaycanın mövcud hədəfi – 1990-cı ilə nisbətən 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35% və 2050-ci ilə qədər 40% azaltmaqdır. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki,Azərbaycan keçmiş sovet ölkəsi iqlim dəyişikliyi ilə bağlı milli öhdəliyini yeniləməyi nəzərdən keçirmək üçün hazırlıqlara başlayıb.

İqlim hədəflərinin maliyyələşdirilməsi

“Bu ilin noyabrında Bakıda təkmilləşdirilmiş iqlim dəyişikliyi ilə bağlı milli öhdəliylər hazırlamaq və elan etmək təkcə Azərbaycan üçün deyil, bütün digər ölkələr üçün şansdır”, – deyə Babayev Financial Times-ın Londonda keçirilən konfransında lentə alınmış müsahibəsində bildirib. Bu açıqlamalar Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stiellin bütün ölkələrə məktub göndərərək, 2035-ci ilə qədər milli iqlim planlarını gücləndirməyi, 2030-cu ilə qədər tullantıların azaldılması hədəflərini gücləndirməyi və iqlim üçün daha çox pul ayırmağı xahiş etdiyi vaxta təsadüf edir. Digər tərəfdən Azərbaycan Maliyyə Nazirliyinin ətraf mühitin mühafizəsi üçün proqnozlaşdırılan  dövlət büdcəsindən ayrılacaq vəsaitlərin  növbəti illərdə daha da artırılması bu istiqamətdə tədbirlərin görüldüyünün əhəmiyyətli isbatıdır.

 

2024 cü il “Yaşıl Dünya Uğrunda Həmrəylik ” ilində Ətraf mühitin mühafizəsi üçün Azərbaycan Dövlət büdcəsindən ayrılan 376 milyon 822 min 9 yüz manat vəsait müyyən edilmiş istiqamətlərdə səmərəli şəkildə istifadə edilməsi planlaşdırılır.

M. Babayev bildirib ki, “Azərbaycan 2030-cu ilə qədər yaşıl enerji mənbələrini 30%-ə çatdırmaq öhdəliyi götürüb”.

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir.  Hesablamalara görə, Azərbatcanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavatdır.  Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 giqavat, o cümlədən 3 min meqavat külək enerjisi, 23 min meqavat günəş və 380 meqavat bioenerjidir.  Dağ çaylarının potensialı 520 meqavat qiymətləndirilir.Lakin ölkədə qalıq yanacaqdan istifadə hələ də əhəmiyyətli dərəcədə yüksəkdi. Enerji keçidi istiqamətində COP 29 konfransı  çərçivəsində  əhəmiyyətli  addımları atılacaq. Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev XI Qlobal Bakı Forumunun panel müzakirəsində Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində həyata keçirdiyi layihələr öz müsbət nəticələrini nümayiş etdirir deyə qeyd edib və ötən il  günəş elektrik stansiyalarından 230 meqavat gücündə enerji əldə edildiyini vurğulayıb. E. Əliyevin sözlərinə görə, məqsədimiz Masdar və digərləri kimi aparıcı qlobal şirkətlərlə əməkdaşlıq vasitəsilə 2030-cu ilə qədər 5 giqavata qədər günəş və digər təmiz enerji istehsal etməkdir. Bu da gələcəkdə həm quruda, həm də Xəzər dənizində potensial bərpa olunan enerji mənbələrindən istifadə etməklə ölkənin təmiz enerjinin əsas ixracatçısına çevrilməsinə gətirib çıxaracaq .Həmçinin E.Əliyev bildirib ki, təmiz ətraf mühit və “yaşıl inkişaf” Azərbaycanın milli inkişaf strategiyasının əsas prioritetlərindən biridir. COP 29 konfransında inkişaf etməkdə olan ölkələrə enerji keçidində kömək etmək üçün daha çox maliyyə cəlb edilməsinə dair  konsensusun əsasını qoymaq üçün maliyyə institutları, banklar, kampaniyaçılar və özəl sektorla danışıqlara başlanılacaq.

Beləliklə, nəticə olaraq deyə bilərik ki, COP 29, yoxsul ölkələrə pisləşən iqlim dəyişikliyinin öhdəsindən gəlməyə kömək etmək məqsədi ilə yeni qlobal iqlim maliyyəsi hədəfini  razılaşdırmaq üçün son tarix kimi xidmət edir. Azərbaycanın üzərinə düşən vəzifəni yerinə yetirəcəyinə və COP 29-u ən yüksək səviyyədə keçirəcəyinə heç kim şübhə yoxdu.

 

 

 

 

 

 

 

 

Rəna MƏMMƏDZADƏ

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), tələbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir