Sülhməramlılar Ağdərədə hərbi təlim keçiblər

Sülhməramlılar Ağdərədə hərbi təlim keçiblər

“İNFONEWS” xəbər verir.

Rusiya sülhməramlı kontingentinin minaatan qrupları müntəzəm döyüş hazırlığı təlimlərinin bir hissəsi olaraq Ağdərə poliqonunda bəzi təlim tapşırıqlarını yerinə yetiriblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Praktik hərəkətlər zamanı hərbçilər minaatanların döyüş və yürüş mövqeyinə gətirilməsi bacarıqlarını artırıblar. Ümumilikdə, Rusiya sülhməramlı kontingentinin təxminən 50 hərbçisi döyüş hazırlığı təlimlərinə cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir