Biləsuvarda “Mercedes” aşaraq alışıb, xəsarət alan olub

Biləsuvar rayonunun Səmədabad kəndində “Mercedes” markalı minik avtomobili dərəyə aşıb.

Fövqəladə Hallar Nazirliyindən INFONEWS-a verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb. Hadisə zamanı müxtəlif xəsarətlər alan sürücü yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir