Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatdı

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatdı

Avqustun 1-7-də Laçında keçiriləcək “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə ötən illərlə müqayisədə rekord həddə müraciət qeydə alınıb.

“İNFONEWS” – un Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən əldə etdiyi məlumatında bildirilib ki, düşərgədə iştirak üçün 60-dan çox ölkədən diaspor nümayəndələrinin və Azərbaycana dost münasibəti bəsləyən gənclərin müraciəti daxil olub.

Hazırda Düşərgədə iştirak edəcək gənclərin seçim prosesi gedir.

Qeyd edək ki, müraciətlərin sayının çoxluğu bir tərəfdən layihənin nüfuzunun artmasının, digər tərəfdən xaricdə yaşayan gənclərimizin işğaldan azad olunmuş əraziləri görmək istəyinin nəticəsidir.

Xatırladaq ki, bu günədək diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir