“Qarabağ Universitetinin loqosunda Xarıbülbül yer alsın”

“Qarabağ Universitetinin loqosunda Xarıbülbül yer alsın”

“Bu gün hər bir ziyalının gözü Qarabağda yeni qurulan Qarabağ Universitetinin üzərindədir. Universitetin atributlarının hazırlanmasına peşəkarlarla bərabər, gəncləri cəlb etmək və seçimlərdə bütün xalqın fikir bildirməsinə imkan vermək olduqca sevindiricidir”

Politoloq Elman Telmanoğlu Qarabağ Universitetinin loqosu ilə bağlı fikirlərini “İNFONEWS”a bildirib.

“Mən də öz tərəfimdən təklif edərdim ki, Qarabağ Universitetinin loqosunda Xarıbülbül yer alsın və onun yarpaqlarıın üzərində – birində kitab, birində qələm, digərində məzun papağı, həmçinin təhsillə bağlı müxtəlif elementlər verilsin. Xarıbülbül – Qarabağın, Şəhidlərimizə olan dərin ehtiramın, digər elementlər isə uğurlu təhsili təmsil edir.”- deyə, Elman müəllim əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə Qarabağ Universiteti seçilmiş 5 loqo təklifini ictimaiyyətin müzakirəsinə təqdim etmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir