Rəvan Ali Sübhan “ATAMIN GƏLİŞİ” – Gənclər yazır

Rəvan Ali Sübhan “ATAMIN GƏLİŞİ” – Gənclər yazır

“İNFONEWS” təqdim edir.

ATAMIN GƏLİŞİ

Atam bizdən uzaq qalır,
Gəlir bir gün, gedir bir gün.
Bir işə bax elə bil ki,
Atam bizdə qonaq qalır
Bezir bir gün…
Atıb bütün işin, gücün
Geri gəlir…
Deyir: – Pulum olmasa da,
Gücüm filan qalmasa da,
Atanız heç işləməsə,
Sizə paltar almasa da,
Deyərsizmi Atam gəlir?

Elə bu dəm Anam gəlir,
Deyir -“Otur, qal masada,
qızın yaman çox sevinir,
istiyir ki, nəsə desin.
Oğlun itirib iştahın
Nəsə ye ki, sən Allahın,
sənə baxıb nəsə yesin.
Bir evə bax-divarlara,
əsasən də kənarlara.
Gedincən bu hamarlara
Evi düzəlt, nəsə elə,
elə də yox, elə belə…
Qabaqda qış, soyuq qalıb..
Yarımçılıq düzəltdiyin
buxar yeri oyuq qalıb.
Həyətə bax elə bil ki,
Bizim evdə adam qalmır.
Əşşi, yenə də min Şükür,
Boğazımızda haram qalmır.
– Həəə..
Qızın nəsə deyir:
– Ata, olar qucağlıyım?!
Səndən ötrü darıxmışam.
Olar dizində ağlıyım?!
Dayan, rəsm də çəkmişəm,
səliqə ilə bükmüşəm

– Bax! Bu sən,bu mən, bu da ana!
Oxşamır hə? Bəyənmədin?

Noldu, nəsə deyənmədin?!
– Ehh…
Hələ anam demişdi ee
vərəqi bir az qalın çıxar.
Ata, günah mənim deyil,
Nə bilim ki, kecər bir il…
Ağappaq saqqalın çıxar…

– Qızım, daha yorulmuşam,
Əlli yaşın sonlarından
Sarılmışam
ki getməsin canımda can olan yaşım.
İcazə ver bir az yatım,
Yaman pis agriyir başım.
-Ata! Bir az da qal oyaq,
yatarsan da yatağ qaçmır.
Sən gedəndən baş verənlər,
gözlərimdən uzaq qaçmır.
Qardaşım da şeir yazır.
Allah haqqı, kim nə deyir
baxır sətir-sətir yazır.
Məsələn,
Gəlməyin bir saat deyil, şeir yazıb.
Bayaqdan nə danışmışıq, ala oxu
Deyir yazıb …

 

 

 

 

 

 

 

 

 

Müəllif: Rəvan Ali Sübhan

DÜNLƏ: Atam evə gələndə

Şeiri ifa edir müəllim.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir