“Təcavüzkarını öldürən Timokleya” – DÜNYA SƏNƏT İNCİLƏRİ
Zəngin qiyafətli gənc qadın güclü döyüşçünü qətiyyətlə su quyusuna itələyir. Döyüşçü bu hücuma hazır olmadığı üçün, incə xanımla müqayisə edilməz fiziki üstünlüyünə malik olmasına belə baxmayaraq, mübarizənin sonluğu hamıya bəllidir.
“İNFONEWS” xəbər verir ki, “Təcavüzkarını öldürən Timokleya” rəsm əsəri 1659-cu ildə italyan rəssam Elizabetta Sirani tərəfindən çəkilib.
Fibalı cəsur Timokleya haqqında əfsanə Plutarxın hekayələri sayəsində məşhurlaşıb. Ədəbi mənbələrə əsasən, eramızdan təxminən 3 əsr əvvəl Makedoniyalı İskəndərin Birləşmiş Qoşunlar Ordusu tərəfindən Fibada üsyan yatırılaraq, ordunun tam nəzarətinə keçir. Bu döyüşlərdə məşhur sərkərdənin ordusunda öz əsgərləri ilə yanaşı trakyalı əsgər dəstələri də döyüşür.
Trakya zabiti qalibiyyət fürsətindən istifadə edərək, zadəgan xanımın otağına girir və ona zorlayaraq təhqir edir. Sonra bununla kifayətlənməyərək, qurbanından ailə sərvətinin gizlətdiyi yeri göstərməsini istəməkdən utanmazcasına çəkinmir. Yunan qadın cinayətkar zabiti bağdakı su quyusuna tərəf aparır, guya gizli yerin burada olduğuna inandırır. Zabit əyilib quyuya baxanda xanım onu var gücü ilə itələyir və quyunun ağzını daşla basdırır. Hadisədən xəbər tutanda, qadın Kral Məhkəməsinə gətirilir.
Plutarx yazırdı: “İsgəndər onun kim olduğunu soruşanda, Timokleya cavab verdi ki, yunanların azadlığı uğrunda Heroneyada Filippə qarşı vuruşub həlak olan Teagenin bacısıdır. Qadının cavabından və elədiklərindən heyrətə gələn İsgəndər onun və uşaqlarının azad olunması üçün əmr verir.”
Beləlikə, qadının cəsarəti və soyuqqanlı məğrurluğu Makedoniyalı İskəndər tərəfindən böyük hörmətlə qarşılanır və təqsirləndirilən şəxsə bəraət verilməsini əmr edir.
Rəsm əsərində bu hekayənin kulminasiya nöqtəsi təsvir edilib. Bağçanı malikanənin həyətindən ayıran divar dinamik kompozisiyanın fonunu təşkil edib. Həmçinin, şəhəri sarmış yanğınlar səbəbindən səma daha qara və yerə yaxın verilib. Əsərin aşağı hissəsində suyun qaldırılması üçün barelyeflər və zərif amfora ustalıqla işlənib.
Hazırda bu sənət əsəri Kapodimonte Milli Muzeyində (Napoli, İtaliya) saxlanılır.
Mənbə: Mirovaya Jivopis (Мировая Живопись)