Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qarabağda

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qarabağda

Xankəndi şəhəri işğaldan azad olunandan sonra düşmənin viran qoyduğu sukanal sahələrində bərpa işləri aparılıb.

“İNFONEWS” – un Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) mətbuat xidmətindən əldə etdiyi məlumata görə, Regional Su Meliorasiya Xidmətinin Qarabağ Regional Sukanal İdarəsi peşəkar içşi heyəti ilə bütün Qarabağ üzrə su və kanalizasiya xidmətinin təşkili və idarəolunmasının təminatçısıdır.

Xankəndidə iki Sutəmizləyici Qurğular Kompleksi fəaliyyətdədir. 1 nömrəli kompleksin içməli su mənbəyini Xəlfəli çayı, 2 nömrəli kompleksin su təchizatını Cəmilli və Ballıca kəndlərindən keçən çaylar təşkil edir. Şəhərdə 10 ədəd subartezian quyusu mövcuddur. Su təmizləyici qurğular vasitəsilə suyun təmizlənərək şəhər şəbəkəsinə nəqli həyatə keçirilir.

Şəhər ərazisində su təsərrüfatı sahəsində təmir-bərpa işlərini sukanal sahəsinin peşəkar mühəndisləri və ustaları icra edirlər.

Qeyd edək ki, ADSEA Qarabağa qayıdış istiqamətində yerli sakinlərin işlə təmin olunmasına da töhfə verib. İdarənin əməkdaşları yerli sakinlər arasından müsabiqə yolu ilə seçilib. Xankəndi əhalisinin su təminatı sakinlərin rifahının yaxşılaşdırılmasına göstərilən yüksək xidmətin əsas tərkib hissəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir