“Qurbanov qiyməti 1850 manata olan köynək geyinib deyə…”

“Qurbanov qiyməti 1850 manata olan köynək geyinib deyə…”

Qurban Qurbanov qiyməti 1850 manata olan köynək geyinib deyə sosial şəbəkələrdə və mediada başlayıblar onun üzərinə hücum çəkməyə. Qurban Qurbanov Azərbaycanda Avropa standartlarında komanda qurub.Bəli, son oyunu uduzduq. Mən də çox əsəb keçirdim. Lakin bu, Qurban Qurbanov kimi şəxsiyyətə çamur atmağa izn vermir, nəinki, ona bir mənfi söz deməyə də səbəb yaratmır.
“İNFONEWS” xəbər verir ki, bunu dosent Zaur Əliyev özünün FACEBOOK sosial şəbəkə hesabında yazıb. Həmin paylaşımı təqdim edirik.
Qurban Azərbaycanı sevən, Vətəni sevən bir vətəndaşdır. Qarabağ adını dünyanın nəhəng klubları ilə bir çəkilməsi üçün illərdir əziyyət çəkir. Can qoyur. Bəzən ailəsinin üzünü görmür günlərlə. Nə üçün? Azərbaycan adı, Qarabağ adı dünyada tanınsın. Millyonlar töküb Qarabağ adını dünyada tanıda bilməyənlər baxsınlar Qurban hansı əziyyətlə buna nail olub.
Ayda 3 mindən 5 minə qədər maaş alan millət vəkiləri, nazirlər, məmurlar milyonluq saat taxırlar, təkcə kostyumları 50 mindən başlayır. Onların geyim aldığı mağazaya gedib bunun şahidi ola bilərsiniz. Məmur var təkcə qalstukunun və kəmərinin qiyməti 8 min edir. 162 manata bir cüt corab geyinən adi bələdiyyə sədri var ey. Soruşmaq lazımdır ki, 798 manat maaşla bunu almısan?
Yaxud Port Bakuda mağaza var, sadə ətrin qiyməti 5 mindən başlayır və məmurlar onu belə bəyənməyib 10 mindən yuxarı qiyməti olan ətrləri Parisdən gətirirlər. Onlara söz deyin də? Komitə sədri var təkcə kəmərinin qiyməri 2300 avrodur. Özü də bir neçə dəsti var. Qız Qalasının yanında mağaza var adi qadın çantası 5-50 min dolar arasıdır. Müştəriləri də məmurlardır. Şəhərdə aptek var, adi aptekdə bir manata olan yod orda 10 manata satılır. Müştərisi də məmurlardır. İmkanlı adamlardır.
Bunlara söz deməyənlər durub Qurban Qurbanovun 1850 manatlıq köynəyini müzakirə edirlər…
Amma futbolumuzu bərbad günə qoyan Rövnəq Abdullayevin 1 miyon dollardan baha olan saatının olmasına Qurban haqqında yazan bəzi saytların, sosial şəbəkə üzvlərinin cəsarəti çatmadı bir cümlə yazıb soruşsun ki, ayda 8 minə qədər maaş alan Rövnəqin oğlu milyonluq saatı necə alıb? Heç onun sürdüyü milyonluq maşınları demirəm!
Qurban Qurbanov ayda 50 min manat maaş alır (ən aşağı maaş alan baş məşqçilərdən biridir) o, nəinki 1850 manatlıq köynək, hətta 18 min manatlıq da ala bilər. Adamın yaşadığı həyat məşq-oyun və evdir. Haqqı da var alsın, geyinsin! Bu gün Qarabağımızı torpaqlarımızı azad edən qəhrəman Şəhidlərimiz və Qazilərimiz, hazırda orduda xidmət edən əsgərlərimiz Qarabağın Azərbaycan torpağı olduğunu bütün dünyaya isbat etdilər, o cür də Qurban Qurbanovun məşqçilik etdiyi Qarabağ futbol klubumuz bütün dünyaya Qarabağın Azərbaycan torpağı olduğunu tanıdır! Buna görə də Qurban müəllim bir SƏRKƏRDƏDİR! Bir hərbi hissə komandiridir! Onun geyimini müzakirə edənə qədər məmurları müzakirə edin, sosial vəziyyəti müzakirə edin, qazilərimizə verilən az pensiyanı müzakirə edin, evə gedib güzgüdə özünüzə baxıb müzakirə edin! Qurban Qurbanovu YOX!
Heç olmasa xəcalət çəkin, müzakirə ediləcək mövzulara cəsarətiniz çatmır, amma Qurban Qurbanovu ittiham edirsiniz. Küsdürüb onu, ona təklif edən nüfuzlu klublarından birinə keçməsinə nail olsanız nə olacaq? Hansı klubumuz, hansı komandamız Avropanın nəhəng stadionlarında oynayacaq?
Əgər klubda transfer olmursa, yaxşı oyunçular alınmırsa bunu Azərsundan tələb etmək lazımdır. Qurban Qurbanov məşqşidir, klub sahibi deyil!!!!! O istəmir ki, bəyəm yaxşı oyunçu alsın? Klubu öhdəsinə buraxsalar da pulu verən Azərsundur. Vermirsə pul Qurban nə etsin axı yazıq
Qurban Qurbanov bir əfsanədir. Tarixə imza qoyan bir məşqçidir. Bir döyüş sərkərdəsidir.!
Nə geyinirsə, nə sürürsə, nə alırsa HAQQI VAR!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir