“Seçkilərdə qalib gəlsəm də – gəlməsəm də, çox xoşbəxtəm” – Pərviz RÜSTƏMOV
Seçkilərdə qalib gəlsəm də – gəlməsəm də, çox xoşbəxtəm. Getdiyim hər evdə mənə göstərilən hörmət, görüşdüyüm hər seçici ilə səmimi söhbətlər, ən əsası isə, yaşlı insanlardan aldığım xeyir-dualar bundan sonrakı həm elmi, həm pedaqoji, həm də ictimai fəaliyyətimə yeni mərhələ açmış oldu.
“İNFONEWS” xəbər verir ki, bunu 87 saylı Qobustan – Şamaxı – İsmayıllı seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Pərviz Hacı oğlu Rüstəmov söyləyib.
- Zəhmətkeş ailənin çalışqan ÖVLADI
- Təhsilə, innovasiyalara, inkişafa önəm verən TƏLƏBƏ
- Savadlı MÜTƏXƏSSİS
- Kollektivin ƏZİZ ÜZVÜ
- Elmi-araşdırmaçı ALİM
- Tələbkar MÜƏLLİM
- Tələbələrin SEVİMLİ MÜƏLLİMİ
- Dostluğu bacaran DOST
- Qayğıkeş ATA
- Vətənə, millətə, xalqa YAXIN İNSAN
Bu xüsusiyyətləri özündə əks etdirən Pərviz müəllim, həmçinin “Anamın itkisini çox ağır yaşadım. Özümü çox tənha, yalnız hiss edirdim. Təliğat-təşviqat kampaniyası çərçivəsində ev-ev gəzdiyim, görüşdüyüm ailələrdə olmaq mənə bir stumul oldu. Elə bilirəm ki, hər evdə bir doğmamı tapdım”, – deyə əlavə edib.
Pərviz Hacı oğlu Rüstəmov – 1980-ci ilin fevralın 2-də Qobustan rayonu Nərimankənd kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun «İnformatika və idarəetmə» fakültəsinin «Menecment (sahələr üzrə)» ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə «Magistratura» fakültəsinin «İstehsal sistemlərin idarə edilməsi (sahələr üzrə menecment)» ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ilin 20 noyabr tarixlində Azərbaycan Dövlət İqtisad Universitetinin «Menecment və sahibkarlıq fəaliyyəti» kafedrasına, 08.00.05-«Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi» (makroiqtisadiyyat) ixtisası üzrə dissertant təhkim olunmuşdur. Dissertasiya işi «Azərbaycanın neft-qaz sənayesinin idarəetmə sistemində innovasiyalı yanaşma məsələləri» mövzusunda təsdiqlənmişdir. 2012-ci ilin 14 mart tarixində Dissertsdiyanın işinin müdafiəsi Azərbaycan Dövlət İqtisad Universitetində iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün D.02.051 dissertasiya şurasının iclasında keçirilmişdir.
2012-ci ilin 05 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin 27.XII.2013-cü il tarixli, 22/5 saylı əmrinə əsasən «Menecment» kafedrasına elmlər doktoru proqramı üzrə doktoranturaya (əyani şöbə) qəbul olunmuşdur. Dissertasiya işi «Faizsiz maliyyə bazarları və onların idarə edilməsi problemləri» mövzusunda təsdiqlənmişdir.
100-dən artıq dərs vəsaiti, tədris proqramı, elmi-praktiki məqalə və tezisin müəllifidir.
Azərbaycan Dövlət İqtisad Universitetinin 07.II.2006-cı il tarixli, 12/3 saylı əmrinə əsasən «Menecment» kafedrasına böyük laborant, 16.IV.2013-cü il tarixli, 40/3 saylı əmrinə əsasən müəllim və 14.IV.2022-ci il tarixli, 258/3/2022 saylı əmrinə əsasən baş müəllim vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda bu kafedrada baş müəllim vəzifəsində çalışmaqdadır.