Azərbaycanlı gənc xanım gözəllik yarışmasının finalçısı oldu
“Miss Universe Egypt” gözəllik yarışmasının builki 73-cü müsabiqəsinə Misirdə yaşayan azərbaycanlı soydaşımız, diaspora fəalı, İCESCO- nun Gənc Sülh səfiri Sandi Salem Əl- Nenay qatılıb.
“İNFONEWS” xəbər verir ki, müsabiqənin ilk günündən Sandi özünəməxsus gözəlliyi və istedadı ilə diqqət mərkəzində olub, top 13 finalçısı sıralamasında yer alıb. Bu da, onun sərgilədiyi performansın və təqdimatın nə qədər yaradıcı, təsirli olduğunu göstərir.
Həmçinin, Sandinin uğuru yalnız münsiflərin qiymətləndirməsi ilə məhdudlaşmayıb, o, onlayn səs vermə mərhələsində də öz azarkeşləri tərəfindən geniş dəstək alaraq, top 5-də 4-cü yerə qalxıb.
Sandi Salem müsabiqənin rəsmi çəkilişlərində Azərbaycan xanımlarının incəlik, gözəllik rəmzi olan kəlağayı ilə çıxış edərək, həm milli zərifliyi, həm də müasir qadının gücünü dünya səhnəsində sərgiləyib. Bununla soydaşımız Sandi Salem gənc qızları təhsilə, uğurlu karyeraya ilə yanaşı qadın gözəliyinin qorunmasına ilhamlandırmağa çalışıb.
Qeyd edək ki, “Miss Universe Egypt” – “Kainat Gözəli” gözəllik müsabiqəsi dünyanın əhəmiyyətli yarışmalarından biridir.