“TÜRK”, “QAZAX”, “BULQAR” sözlərinin leksik mənası – Səbuhi QƏRİBOV

“TÜRK”, “QAZAX”, “BULQAR” sözlərinin leksik mənası – Səbuhi QƏRİBOV

“Dilçilik araşdırmaları” jurnalının 2024-cü il birinci nömrəsi oxucular tərəfindən maraqla qarşılanıb.

“İNFONEWS” -un əldə etdiyi məlumatına görə, məcmuənin bu nömrəsində “Məhəmməd Əmin Rəsulzadə -140”, “Dil tarixi”, “Türk dilləri”, “Müqayisəli dilçilik” mövzularında müxtəlif məqalələr əksini tapıb.

Jurnalda araşdırmaçı alim Səbuhi Qəribovun “Qədim Türk dilinin yazıya alınmış lüğətlərindəki əksmənalı (antonim) sözlərə dair” məqaləsi xüsusi diqqətə səbəb olub.

Araşdırma “Kitabi – Dədə Qorqud”, “Kitabi – Dədə Qorqud” (Əsil və sadələşdirilmiş mətinlər, lüğət), Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk”, Əsirəddin Əbu Həyyan Əl-Əndəlusinin “Kitab əl-idrak li-lisan əl-ətrak” (“Türk dillərini dərketmə kitabı”) kitab və lüğətləri əsasında aparılıb. Həmçinin, məqalədə qədim türk yazılı abidələrində qeydə alınmış sözlərə əsasən, söz yaratma qaydalarından biri kimi söz kökünün əvvəlinə bir səs artırmaqla (və ya bir səsin düşməsi ilə) həmçinin, kök sözün əvvəlində, ortasında və sonunda bir səs dəyişməsi ilə yaradılmış əksmənalı (antonim) sözlər seçilmiş və qruplaşdırılib. Beləliklə, məqalədə təhlil edilmiş qaydaya əsasən “türk”, “qazax” və “bulgar” sözlərinin leksik mənasının izahı verilib.

Qeyd edək ki, “Dilçilik araşdırmaları” jurnalı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən təsis edilib. “Dilçilik araşdırmaları” jurnalı ildə iki dəfə nəşr olunur. Jurnalın növbəti nömrəsi üçün məqalə qəbulu davam edir.

“Qədim Türk dilinin yazıya alınmış lüğətlərindəki əksmənalı (antonim) sözlərə dair” məqaləsi ilə yaxından tanış olmaq istəyənlər üçün:

http://doi.science.gov.az/pages/journals/lingres/pdf/lingres2024_1_147.pdf

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir