Təyyarənin qəza səbəbi ilə bağlı ilkin hesabat bu tarixdə AÇIQLANACAQ
Qazaxıstanda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələri yanvarın sonunda açıqlanacaq.
“İNFONEWS” “Report”-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Qazaxıstanda ölkə qanunvericiliyinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 13 saylı əlavəsinin tələblərinə uyğun olaraq, qəzanın baş verdiyi tarixdən 30 gün sonra təhqiqatın ilkin və ya aralıq nəticələri elan ediləcək.
Nazirlikdən həmçinin bildirilib ki, qəza ilə bağlı beynəlxalq ekspertlər araşdırması davam edir.
Bununla yanaşı, 13 saylı əlavəyə uyğun olaraq, komissiya araşdırmanı 12 ay ərzində başa çatdırmağı planlaşdırır.